Azərbaycan üçün yeni, Rusiya üçün üçüncü
13.10.2009 - 15:36
Azərbaycan milli komandası tarixi ərzində heç vaxt oktyabrın 14-də meydana çıxmayıb. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya ilə sabah keçiriləcək qarşılaşma yığmamız üçün bu tarixə təsadüf edən ilk görüş olacaq.
Rəqibimiz isə 1992-ci ildən sonrakı dövrdə 2 dəfə oktyabrın 14-də meydana çıxıb. Maraqlıdır ki, hər iki matç İslandiyaya qarşı olub və hər ikisində meydan sahiblərinin vurduğu yeganə qol həlledici olub. 1992-ci ildə Rusiya yığması sevinən tərəf olubsa, 1998-ci ildə islandlar minimal hesablı qələbə qazanıb.
Azərbaycan millisi sabahkı matçda 2 qol vurarsa, bu şimal qonşularımız üçün yubiley qolu olacaq. Belə ki, 17 ildir dünya və Avropa çempionatlarına müstəqil komanda kimi qatılan Rusiya yığması indiyədək seçmə və final mərhələlərində üst-üstə keçirdiyi 107 oyunda 61 qələbə qazanıb, 23 dəfə heç-heçə edib və 23 dəfə uduzub. 210 dəfə qol sevinci yaşayan rəqibimiz 98 dəfə qapısında top görüb.

- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
0
0