Azərbaycan - Rusiya matçına neçə bilet satılıb?
13.10.2009 - 18:56
Sabah dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan və Rusiya yığmaları arasında keçiriləcək oyuna 12000 bilet satılıb. Bu haqda apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. O, oyunun startına qədər biletlərin hamısının satılacağına ümidvar olduğunu bildirib.
“Bu gün günorta saatlarına olan məlumata əsasən, artıq 12000 bilet satılıb. Təcrübə göstərir ki, matça 1 gün qalmış və oyun günü satış daha da intensivləşir. Biz bu gün axşam və sabah, görüşün başlanma saatına qədər biletlərin hamısının satılacağına inanırıq. Azarkeşləri stadiona gəlməyə və bu məsul sınaqda milli komandamızı dəstəkləməyə çağırırıq” - deyə Məmmədov vurğulayıb.
Biletlərin qiymətləri 2, 4, 6, 8 və 10 manatdır. VİP lojada oyunu izləmək istəyənlər isə 50 manat xərcə düşməlidirlər.
Qeyd edək ki, AFFA tərəfindən rusiyalı fanatlara 1500 bilet ayrılıb.

- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
0
0