Yunis Hüseynov: Yaxşı ki, “Turan” var, biz də xal qazandıq
08.12.2009 - 16:22
Yevlaxın “Karvan” klubunun xal həsrətinə axır ki son qoyuldu. Apasport.az saytının məlumatına görə, Yunis Hüseynovun çalışdırdığı komandanın məğlubiyyət seriyasına Unibank Premyer Liqasının XIV turunun açılış oyunu çərçivəsində bu gün evdə Tovuzun “Turan” klubu görüşdə son qoyuldu – 0:0.
Ölkə kubokunu da nəzərə alsaq, son 7 oyunda məğlubiyyətləri sıralayan “Karvan” axır ki xal qazana bildi. Yevlaxlılar buna qədər son dəfə VIII turda oktyabrın 25-də “Qarabağ”la ev oyununda (1:1) hesabına xal yaza bilmişdi. Bundan isə artıq 44 gün ötüb.
Qeyd edək ki, Hüseynovun komandası “Turan”la oyundakı qolsuz heç-heçə ilə turnir cədvəlində son pilləni ən azı bir günlük “Standard”a verdi. Elə “Turan” da turnir cədvəlində bir pillə irəliləyərək, 9-cu yerə yüksəldi. Tovuzlular xalları eyni olduğu Salyanın “Muğan” klubunu şəxsi oyunda (3:2) üstələdiyi üçün qabaqlayır.

- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir
- “Real” Mourinyonun istədiyi futbolçu ilə maraqlanır - 1 illik müqavilə variantı
- Romao Rusiya klubunda - RƏSMİ
0
0