“Gələn il güclü “Karvan” görəcəksiniz”
08.12.2009 - 17:08
“Komandamızın oyunundan razı qaldım. Futbolçularımız mübarizə apardılar, çalışdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Tovuzun “Turan” klubunun baş məşqçisi Nizami Sadıqov deyib.
Unibank Premyer Liqasının XIV turunun “Karvan”la səfər oyununda 1 xal qazanan tovuzluların çalışdırıcısı 0:0 hesablı nəticədən də razı qalıb: “Yetirmələrim əlindən gələni edib 4 qol vəziyyəti yarada bildi. Lakin bu imkanlardan yararlana bilmədik. O ki qaldı hesaba alınmayan qola, mən hakimin qərarına şərh verə bilmərəm”.
Evdəki xal itkisi ilə barışmalı olan Yunis Hüseynov isə söz verib: “Oyundan o qədər də narazı qalmadım. Gələn il fərqli “Karvan” görəcəksiniz. Mövsümün ikinci yarısında güclü oynayan komanda quracağıq”.

- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir
- “Real” Mourinyonun istədiyi futbolçu ilə maraqlanır - 1 illik müqavilə variantı
- Romao Rusiya klubunda - RƏSMİ
0
0