Avropa çempionatında sensasiya: İtaliya yarışla vidalaşdı
25.01.2010 - 22:54
Macarıstanın paytaxtı Budapeştdə keçirilən futzal üzrə Avropa çempionatında bu gün baş tutan ilk 1/4 final matçında sensasiya qeydə alınıb. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Azərbaycan milli komandası ilə də mübarizə apararaq, A qrupunda ikinci yeri tutmuş Çexiya yarımfinala yüksəlib. Çexlər 1/4 finalda qitə çempionu İtaliyanı mübarizədən kənarlaşdırıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Dərhal penaltilər seriyası təyin olunub və “lotereya”da Çexiya komandasının bəxti gətirib: 3:1.
Qeyd edək ki, yığmamız qrup mərhələsində çexləri 6:1 hesabı ilə darmadağın etmişdi.
Qeyd edək ki, yığmamız qrup mərhələsində çexləri 6:1 hesabı ilə darmadağın etmişdi.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0