Anatoli Ponomaryov TRT ekranlarında
26.01.2010 - 16:16
Azərbaycan milli komandasının sabiq futbolçusu Anatoli Ponomaryov sabah yeni klubunda debüt edəcək. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi yaxınlarda transfer olduğu Türkiyənin birinci liqa təmsilçisi “Orduspor”un heyətində Türkiyə Kubokunda “siftə” edəcək.
Ordu şəhərinin təmsilçisi səfərdə güclü rəqib olan “Trabzonspor” klubunun qonağı olacaq. Son iki oyunda transfer vərəqəsi gəlmədiyi üçün kənarda qalan Ponomaryovda artıq belə problem qalmayıb. Futbolçumuzun sabah əsas heyətdə meydana çıxacağı gözlənilir. Bakı vaxtı ilə saat 22:30-da başlayacaq Qara dəniz derbisi TRT-3 kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, “Trabzonspor”u tanınmış türkiyəli mütəxəssis Şenol Günəş çalışdırır. Maraqlıdır ki, Günəş Türkiyə milli komandasının baş məşqçisi olduğu vaxt Anatolinin atası - İqor Ponomaryova rəqib olub. Ponomaryovun çalışdırdığı yığmamız 2002-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyəyə Bakıda 0:1, İstanbulda 0:3 hesabı ilə uduzub. Şenol Günəş yığmasına 2002-ci il dünya çempionatında bürünc medal qazandırıb.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0