Blatter ABŞ-a qarşı çıxdı
26.01.2010 - 17:20
FİFA prezidenti Yozef Blatter 2018-ci ildə keçiriləcək dünya çempionatının final mərhələsinin Avropada baş tutmasını istəyir. Apasport.az saytının məlumatına görə, dünya futbol qurumunun başçısı “köhnə qitə”nin mundial həsrətinin 12 ildən artıq davam etməsini istəmir.
2006-cı ildə yarışa ev sahibliyi edən Almaniyadan sonra planetin ən nüfuzlu yarışı Avropanı tərk edib. Blatterin istəyi gerçəkləşsə, bu il CAR, 4 ildən sonra Braziliyanın təşkilatçılığı ilə baş tutacaq turnir üçün darıxan avropalılar hələ 8 il də gözləməli olacaq: “Biz Moskvada olarkən UEFA prezidenti Mişel Platini ilə bu məsələni müzakirə etdik. Belə qənaətə gəldik ki, DÇ-2018-i qəbul etməyə ən yaxşı namizədlər Avropa təmsilçiləridir. Təbii ki, bu məsələ hələ tam dəqiqləşməyib. Lakin müəyyən fikirlərimiz var”.
Qeyd edək ki, DÇ-2018-ə ev sahibliyi etməyə Avropa ölkələrindən Rusiya, İngiltərə, həmçinin İspaniya-Portuqaliya və Belçika-Hollandiya cütləri namizəddir. Digər qitə təmsilçilərindən Avstraliya, Yaponiya və ABŞ da eyni iddiadadır.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0