Azərbaycan yığması MDB-də ən güclüdür
27.01.2010 - 17:49
Azərbaycan futzal yığması postsovet məkanında ən güclüdür. Apasport.az saytının məlumatına görə, bu, Avropa çempionatının final mərhələsində Rusiya yığmasının İspaniyaya məğlubiyyətindən sonra rəsmiləşib.
Macarıstanda keçirilən qitə birinciliyinin yarımfinalında MDB məkanını yalnız milli komandamız təmsil edir. AÇ-nin qalibi olmağa digər üç namizəddən ikisi Pireney yarımadasının təmsilçisi - İspaniya və Portuqaliya, biri isə Çexiyadır.
Final mərhələsinə MDB məkanından Azərbaycan və Rusiya ilə yanaşı, Ukrayna və Belarus çıxmışdı. Sonuncular qrupda qaldığı halda, Ukrayna 1/4 finalda yığmamıza oyun sonrası penaltilər seriyasında yenildi. Postsovet məkanından 4 ölkə - Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan Asiyanı təmsil edir. Onların futzal yığmaları isə Avropadakılardan aşkar zəifdir.
Qeyd edək ki, futzal yığmamız sabah Bakı vaxtı ilə saat 20:30-da başlayacaq yarımfinalda Portuqaliya ilə görüşəcək.

- DÇ-2026 - 1/8 final cütü: Argentina - Misir
- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
0
0