“Olimpik-Şüvəlan” Qauçonu transfer etdi
28.01.2010 - 18:16
Bakının “Olimpik-Şüvəlan” klubu qış fasiləsində növbəti transferini gerçəkləşdirib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, braziliyalı İsmael Fransisko da Silva mövsümün ikinci yarısını paytaxt təmsilçisində keçirəcək.
26 yaşlı hücumçunun son klubu Portuqaliyanın aşağı dəstə təmsilçisi “Pinal Novence” komandası olub. Bu klub ölkənin gücünə görə 3-cü liqası sayılan ikinci divizionunun B seriyasında çıxış edir.
İsmael Qauço kimi tanınan ucaboy (190 sm, 85 kq) hücumçu karyerası ərzində Portuqaliyada “Maritimo”, “Kaldas”, “Kovilya” və “Trottur”, Braziliyada “İrati”, “Londrina”, İslandiyada “Trottur” klublarının şərəfini qoruyub. “Olimpik-Şüvəlan” yeni transferi ilə il yarımlıq müqavilə imzalayıb.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0