Doqquz gündən sonra yenə Çexiya
29.01.2010 - 00:34
Azərbaycanın futzal üzrə milli komandası Avropa çempionatında bürünc medal qazanmaq üçün Çexiyanı məğlub etməlidir. Apasport.az saytının yarışın keçirildiyi Macarıstana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, həmyerlilərimizin rəqibi məhz çexiyalılar olublar. Tomaş Neumannın rəhbərlik etdiyi kollektiv yarımfinalda dördqat Avropa çempionu İspaniya qarşısında duruş gətirə bilməyib - 1:8. Bürünc medal uğrunda oyun yanvarın 30-da Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, yığmamız yanvarın 21-də çexlərlə qrup mərhələsində qüvvəsini sınayıb və 6:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, yığmamız yanvarın 21-də çexlərlə qrup mərhələsində qüvvəsini sınayıb və 6:1 hesablı qələbə qazanıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0