Borisov: Oyuna Tveryankinsiz başlaya bilərdik
29.01.2010 - 11:06
“Əsas vaxtda uduzmayıb, finaldan kənarda qalmaq çox üzücüdür. Bəxt portuqaliyalıların tərəfində idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının üzvü Vitali Borisov deyib.
28 yaşlı futzalçı Macarıstanda keçirilən Avropa çempionatının yarımfinalında Portuqaliyaya məğlubiyyətə çox üzülüb. Qarşılaşmadan sonra verdiyi açıqlamada Borisov hələ görüşün əvvəllərində qapıçının sahə oyunçusu ilə əvəzlənməsinə də münasibət bildirib: “Bu baş məşqçimizin ev tapşırığı idi. Əgər matça mərkəzdən biz başlasaydıq Tveryankinsiz oynayacaqdıq. Belə olmadığından əvvəl topu ələ keçirməli olduq. Bundan sonra isə ehtiyat oyunçular skamyasında anını gözləyən Biro Jade meydana çıxdı”.
Qeyd edək ki, əsas vaxtı 3:3 hesabı ilə bitən Azərbaycan – Portuqaliya qarşılaşmasının taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq olan pireneylilər 5:3 hesabı ilə qalib gəlib.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0