“Azərbaycan yığması bizi əməlli-başlı təəccübləndirdi”
29.01.2010 - 11:24
“Azərbaycan yığması ilə oyun güclü rəqibə qarşı bərabər oyun idi. Bu komandanın özü belə turnirlərin debütantı olsa da, heyətində təcrübəli oyunçular yer alıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Portuqaliya milli komandasının oyunçusu Qonsalu deyib.
Macarıstanda keçirilən Avropa çempionatının yarımfinalında Azərbaycan yığmasını məğlub edən (3:3, penaltilərlə 5:3) pireneylilərin futzalçısı qarşılaşma haqda fikirlərini açıqlayıb. Penaltilər seriyasında sonuncu zərbəni yerinə yetirən Qonsalu qələbənin çətinliklə əldə olunduğunu vurğulayıb: “Azərbaycan yığması bizə çox problem yaşatdı. Lakin sonda biz qələbə qazandıq. Düşünürəm ki, biz buna layiq idik. Rəqibimiz artıq 5-ci dəqiqədə qapıçını sahə oyunçusu ilə əvəzləməklə bizi əməlli-başlı təəccübləndirdi. Bu addım çox ağıllı gediş idi. Onlar qapımıza qol vura bildi. Lakin biz bərabərliyi təmin edib penaltilər seriyasında daha dəqiq olduq”.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0