Şensoy “Bakı”nın sabiq məşqçisini yenə yanına apardı
29.01.2010 - 14:04
“Bakı” klubunun sabiq məşqçisi Çudomir Çakarov özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, bolqar mütəxəssis vətənində Plovdivin “Lokomotiv” komandasının fiziki hazırlıq üzrə məşqçisi olacaq.
Çakarovu bu kluba Tovuzun “Turan” komandasının sabiq baş məşqçisi Naci Şensoy aparıb. Hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “dəmiryolçular”ın “sükanı arxasına” bir müddət əvvəl keçən türkiyəli mütəxəssis yaxşı tanıdığı Çakarovla çalışmaq istəyib. Hələ “Vihren”də çalışdığı vaxt bolqar məşqçiyə güvənən Şensoy yeni iş yerində də onun köməyinə ehtiyac duyub.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0