Yığmamızın oyunçusu “Qızıl buts” aldı
31.01.2010 - 04:05
Azərbaycan futzal yığmasının üzvü Nilson Maşado (Biro Jade) yanvarın 19-dan 30-dək Macarıstanda keçirilmiş Avropa çempionatının ən məhsuldar oyunçularından olub. Apasport.az saytının məlumatına görə, 37 yaşlı braziliyalı iştirak etdiyi matçlarda rəqib qapılarına 5 dəfə yol tapıb. Biro ilə yanaşı, daha 3 futzalçı 5 qol vurub. Bunlar Saad Assis (İtaliya), Xavi Rodríges (İspaniya) və Joel Keyruşdur (Portuqaliya). Hər 4 oyunçu “Qızıl buts” mükafatının sahibi olub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0