“Olimpik-Şüvəlan”da yeni futbolçu
01.02.2010 - 12:39
“Olimpik-Şüvəlan” daha bir futbolçunu heyətinə cəlb etməyə hazırlaşır. Apasport.az saytının xəbərinə görə, ilk “altılığ”a iddiasını davam etdirən komanda serbiyalı Mirko Bunyevceviçi Bakıya dəvət edib.
1978-ci il təvəllüdlü Bunyevceviç yarımmüdafiəçidir. Serbiyalı futbolçu peşəkar karyerasına ölkəsinin “İM Rakovika” klubunda başlayıb. Daha sonra Belqradın “Rad” və “Srvena Zvezda” klublarında forma geyinib. 2001-ci ildə ölkəni tərk edərək, Sloveniyaya üz tutub. 2001-2004-cü illərdə həmin ölkədə “Koper” və “Mura”da çıxış edib. 2004-cü ildə yollandığı Ukraynada üç il ərzində “Arsenal” (Kiyev) və “Zarya”nın formasını geyinib. 2006-cı ildə vətəninə dönən Mirko bir il “Hayduk”un uğurları üçün çalışaraq, yenidən Ukraynaya üz tutub.
Bir mövsüm “Zarya”nın heyətində yer alan futbolçu 2009-cu ili Serbiya çempionatının autsayderi olan “Çukariçka”da keçirib. Məşhur “transfermarkt.de” saytı ona 300 min avro qiymət qoyub.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0