“Sovetskiy Sport” Mahir Şükürovun komandasını da qəzəbləndirdi
01.02.2010 - 15:27
Rusiyanın nüfuzlu “Sovetskiy Sport” qəzeti “Xəzər-Lənkəran”ın ardınca Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubu ilə bağlı xətaya yol verib. Apasport.az saytının məlumatına görə, adıçəkilən nəşr Mahaçqala təmsilçisinin Vladiqafqazın “Avtodor” klubunun müdafiəçisi Aslan Doquzovla müqavilə bağladığını yazıb.
Amma “Anji” rəsmi saytında bunu təkzib edib: “Doquzovla müqavilə bağlamağımız həqiqətəuyğun deyil. O, hazırda komandamızın sıralarında deyil”. Aslanın transfer edilməməyi Mahirin xeyrinə olan amildir. Hər halda, bu, 28 yaşlı müdafiəçimizi əsas heyətə düşməsinə əlavə çətinlik yaratmayacaq.
Qeyd edək ki, “Sovetskiy Sport” Rusiyanın “Saturn” klubu ilə Türkiyədə yoxlama oyunu keçirən “Xəzər-Lənkəran”ı Ermənistan təmsilçisi kimi göstərmişdi. Lənkəran təmsilçisi bununla bağlı etiraz məktubu göndərdikdən sonra düzəliş edən qəzet yol verdiyi xətaya görə üzr istəyib.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0