“Arsenal” klubunun sabiq futbolçusu Azərbaycanda oynayacaq
02.02.2010 - 00:01
“Olimpik-Şüvəlan” qış transfer fəaliyyətini başa çatdırıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, rəhbərlik transferə çıxarılan 5 futbolçuya layiqli əvəzləyici taparaq heyətin komplektləşdirilməsi prosesini yekunlaşdırıb.
Baş məşqçi Nazim Süleymanovun təklifi əsasında lazımi mövqelər üzrə 4 yeni oyunçu dəvət olunub. Bu məqsədlə komanda serbiyalı Mirko Bunyevceviçi Bakıya gətirərək onunla müqavilə bağlayıb.
Antalyada baxışdan keçirilən və Rumınyanın "İnternasional" klubu ilə oyunda sınaqdan uğurla keçən Bunyevceviç yarımmüdafiəçidir. 1978-ci il təvəllüdlü serbiyalı futbolçu peşəkar karyerasına ölkəsinin “İM Rakovika” klubunda başlayıb. Daha sonra Belqradın “Rad” və “Srvena Zvezda” klublarında forma geyinib.
2001-ci ildə ölkəni tərk edərək, Sloveniyaya üz tutub. 2001-2004-cü illərdə həmin ölkədə “Koper” və “Mura”da çıxış edib. 2004-cü ildə yollandığı Ukraynada üç il ərzində “Arsenal” (Kiyev) və “Zarya”nın formasını geyinib. 2006-cı ildə vətəninə dönən Mirko bir il “Hayduk”un uğurları üçün çalışaraq, yenidən Ukraynaya üz tutub.
Bir mövsüm “Zarya”nın heyətində yer alan futbolçu 2009-cu ili Serbiya çempionatının autsayderi olan “Çukariçka”da keçirib.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0