Azərbaycan çempionu “Spartak”da
06.03.2010 - 11:30
Azərbaycan çempionu Georgi Demetradze özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, ötən mövsüm “Bakı”nın heyətində Azərbaycan Premyer Liqasının qalibi olmuş 34 yaşlı gürcü futbolçu Sxinvalinin “Spartak” klubunda düşərgəsində yer alıb. Demetradze ötən yay ölkəmizdə çıxışını başa vurub, işsiz qaldıqdan sonra Cənubi Osetiya təmsilçisi ilə birgə məşq edirdi. “Spartak”ın məşqçisi Vova Xaçidze təcrübəli hücumçunun minimum iyunadək komandada oynayacağını istisna etməyib.
Qeyd edək ki, Demetradze vətənində, Rusiya və Ukraynada mövsümün bombardiri olsa da, “Bakı”da oynadığı bir ildə məhsuldarlıq nümayiş etdirə bilmədi. Əsas heyətdə möhkəmlənməyi bacarmayan gürcü futbolçu hələlik karyerasını bitirmək fikrində deyil.

- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
0
0