AFFA-nın Apelyasiya və Ekspert Komitəsindən növbəti qərarlar
06.03.2010 - 13:18
AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığıncaqda “Simurq” və “Mugan” klubları tərəfindən verilən apelyasiya şikayətinə baxılıb.
Qərara alınıb ki, “Simurq”un futbolçusu Tural Cəlilovun cəzası 1 oyun azaldılsın. “Mugan”ın əvəzedici komandasının baş məşqçisi Elşad Quliyevə qarşı tətbiq edilmiş cəza isə qüvvədə qalıb.
Qeyd edək ki, AFFA-nın İntizam Komitəsinin fevralın 23-də keçirilmiş iclasında Quliyev hakimlər briqadasını təhqir etdiyindən, 4 oyunluq cəzalandırılmışdı, onun klubu isə 2000 manat cərimələnmişdi. Cəlilova gəlincə, o, “Olimpik-Şüvəlan”ın futbolçusunu dirsəklə vurduğuna görə 2 oyunluq cəzalandırılmışdı.

- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
0
0