“Bakı” axtardığını İtaliyada tapdı
27.03.2010 - 16:15
Gələn həftə ikiqat Azərbaycan çempionu “Bakı” ilə İtaliyanın “Parma” futbol klubları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Bu haqda Lent.az-a “Bakı”nın türkiyəli vitse-prezidenti Tunc Afşar məlumat verib.
Afşarın sözlərinə görə, İtaliyanın Parma şəhərinə səfəri zamanı eyniadlı klubla razılıq əldə olunub. Anlaşmaya əsasən, “Bakı”nın 15 və 17 yaşlılardan ibarət komandalarından futbolçular və bir məşqçi “Parma”nın düşərgəsində hazırlıq keçəcəklər.
Qeyd edək ki, 2013-cü ildə 100 yaşı tamamlanacaq “Parma” klubu 2 dəfə (1994-1995 və 1998-1999) UEFA kubokunun, 1 dəfə (1992-1993) Kuboklar Kubokunun, 1 dəfə (1993) UEFA Superkubokunun, 3 dəfə (1991-1992, 1998-1999, 2001-2002) İtaliya Kubokunun, 1 dəfə (1999) İtaliya Superkubokunun qalibi, 1 dəfə (1996-1997) isə İtaliya vitse-çempionu olub.

- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır
0
0