“Bu hadisələrin baş verməsində baş hakimin günahı danılmazdır”
27.03.2010 - 22:41
“Xəzər-Lənkəran” – “Neftçi” oyununda (0:0) baş verən hakim səhvləri yəqin ki, hələ uzun müddət müzakirə mövzusu olacaq. Apasport.az saytının xəbərinə görə, lənkəranlıların düşərgəsindən gələn açıqlamalar bundan xəbər verir.
Baş verənlərlə bağlı “Xəzər-Lənkəran” rəsmilərinin mövqeyini öyrənmək üçün klubun vitse-prezidenti Tuyqun Nadirovla əlaqə saxladıq. O, “Xəzər-Lənkəran”a qarşı hakim səhvlərinin artıq ardıcıl xarakter aldığını bildirdi. Klub rəsmisi bununla bağlı AFFA-ya şikayət edəcəklərini də bildirdi: “Hakimlərin bizə qarşı belə qərəzli mövqe tutması ilk dəfə deyil. Bu məsələ ilə bağlı AFFA-ya şikayət edəcəyik. Oyunda baş verən hadisələrə gəlincə, azarkeşlərimizin hadisələrə emosional yanaşması başadüşüləndir. Sadəcə, bütün bu hadisələrin baş verməsində baş hakimin günahı danılmazdı. O, əvvəlcə qolu qeydə alıb, sonradan qərarından dönürsə, 15 min azarkeşin qarşısını almaq çox çətin məsələdir”.

- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır
0
0