Məmmədov fevralın, Abdullayev martın ən yaxşısı seçildi
06.04.2010 - 13:52
Peşəkar Futbol Liqası (PFL) və Unibank Kommersiya Bankının birgə keçirdiyi “ayın futbolçusu” nominasiyasının qalibləri məlum olub. Apasport.az məlumatına görə, “Karvan”ın 34 yaşlı hücumçusu Xaqani Məmmədov fevral, “Neftçi”nin və milli komandamızın gənc yarımmüdafiəçisi Araz Abdullayev isə martın ən yaxşı futbolçusu seçilib.
Qaliblər Premyer Liqamızda çıxış edən 12 klubun baş məşqçisi, kapitanı və jurnalistlərin iştirak etdiyi sorğunun nəticəsində ən yaxşı sayılıblar. Xaqani ilə Araza bu gün “UniPlaza”da keçiriləcək tədbirdə PFL rəhbərliyi tərəfindən hədiyyələr, Premyer Liqamızın baş sponsoru olan “Unibank”ın 1111 manat məbləğində pul mükafatı təqdim olunacaq.
Qeyd edək ki, əvvəllər Vaqif Cavadov, Əfran İsmayılov (“Qarabağ”) və braziliyalı hücumçu Mario Souza (“Xəzər-Lənkəran”) bu nominasiyada qalib seçiliblər.

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0