“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyənin “Fanatik” nəşri məlumat yayıb.
“Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” 32 yaşlı futbolçunun durumunu diqqətdə saxlayır.
İstanbul klubları arasında xüsusilə “Qalatasaray”ın Türkiyə millisinin üzvünə ciddi maraq göstərdiyi bildirilir.
Çalhanoğlu ilə maraqlanan klublar yalnız Türkiyə təmsilçiləri deyil. İtaliyanın “Yuventus” klubu da son aylarda təcrübəli yarımmüdafiəçini yaxından izləyir.
Turin təmsilçisinin mümkün transferlə bağlı mövqeyi futbolçunun “İnter”lə yeni müqavilə danışıqlarından asılı olacaq. Tərəflər sözləşmənin uzadılması ilə bağlı razılığa gələ bilməsələr, “Yuventus”un transfer uğrunda daha fəal addımlar atacağı gözlənilir.
Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ildən “İnter”in formasını geyinir. Onun Milan klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.