Naxçıvan - Türkiyə - 6:3 - FOTO
06.04.2010 - 16:49
Azərbaycan və Türkiyə polisləri futbol meydanında üz-üzə gəliblər. Apasport.az saytının məlumatına görə, Türk Polis Təşkilatının yaranmasının 165 illiyi münasibətilə iki ölkənin asayiş keşikçiləri arasında yoldaşlıq oyunu təşkil olunub.
Qonşu ölkədə keçirilən görüşdə meydan sahiblərini İqdır polisinin əməkdaşları təmsil edibsə, ölkəmizin komandasında Naxçıvan Dövlət Polis İdarəsinin üzvləri oynayıb. Məhsuldar keçən qarşılaşmada “futbolçularımız” 6:3 hesabı ilə qalib gəlib. Naxçıvan polisləri artıq fasiləyədək rəqibini 4:2 üstələdiyindən, ikinci hissədə daha rahat oynamağı bacarıb.
Qeyd edək ki, qarşılaşmadan sonra komandalar bölgə rəhbərliyinin və müxtəlif dövlət strukturlarının mükafatları ilə təltif olunub.

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0