“O, ya 5 oyunluq, ya da mövsümün sonunadək hakimlikdən kənarlaşdırılacaq”
06.04.2010 - 17:21
AFFA daha bir hakimi cəzalandırır. Bu haqda apasport.az saytına Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov məlumat verib. O, Unibank Premyer Liqasının XXVI turunda “Standard”a 1:2 hesablı uduzduqları matçın baş hakimi Rasim Məmmədovun cəzalandırılacağını istisna etməyib.
“Mənə deyiblər ki, Rasim Məmmədovu cəzalandırırlar. Ya 5 oyunluq, ya da mövsümün sonunadək hakimlikdən kənarlaşdırılacaq. Ancaq bunun mənə nə xeyri var ki? Guya baş hakimi cəzalandırmaqla, 3 xalımı verəcəklər? Həmin oyunda bizə hava-su kimi vacib olan qələbəni əlimizdən aldılar” – deyə Hüseynov bildirib.
Qeyd edək ki, “Karvan” həmin məğlubiyyətdən sonra “Standard”dan 7 xal qalır.

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0