“Bakı”nın futbolçusu Portuqaliyaya getdi
07.04.2010 - 11:52
Unibank Premyer Liqasının XXVII turunda “Xəzər Lənkəran”la qarşılaşacaq “Bakı” oyunun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, paytaxtın eyni adlı təmsilçisi aprelin 11-də keçiriləcək görüşə itki ilə çıxacaq.
Düzdür, zədəsini sağaldaraq təlim-məşq bazasında keçirilən məşqə qatılan Gürşat Duymuş komanda ilə birgə hazırlıq keçir. Əvəzində qışda transfer olunan Venio Moraes Pio “Xəzər-Lənkəran”la matçın iştirakçısı olmayacaq. Buna onun cəzalı duruma düşməsi səbəb olub. Çempionatın son turunun “İnter”lə matçda cari mövsümdə dördüncü sarı vərəqəsini alan braziliyalı meydana qayıtmaq üçün final mərhələsinin ikinci dövrəsini gözləməlidir. Oynamayacağını bilən Venio şəxsi işləri ilə əlaqədar icazə alaraq 2 günlük Portuqaliyaya yollanıb.

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0