“Eminin yaşca məndən böyük olması, bəlkə də qeyri-adi hadisədir”
07.04.2010 - 13:17
“Rəhbərliyim altında oynayan Emin Ağayevin yaşda məndən böyük olması, bəlkə də qeyri-adi hadisədir. Lakin bu bizim iş münasibətlərimizə təsir göstərmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Volqa” (Tver) klubunun baş məşqçisi Maksim Bokov deyib.
36 yaşlı mütəxəssis ölkə kubokunun bu gün “Zenit”ə qarşı keçiriləcək 1/4 final görüşü ərəfəsində müsahibə verib. Vaxtilə “Zenit”, MOİK kimi komandalarda oynamış Bokov Azərbaycan milli komandasının sabiq müdafiəçisi Emin Ağayevlə bağlı mövqeyini də açıqlayıb: “Ağayev baş məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirən futbolçudur. Ümumilikdə isə, faktiki olaraq köməkçilərimdən biridir. Emin “Volqa”da ideyaların daşıyıcısı, daxili ab-havanı müəyyənləşdirən bir insandır”.
Qeyd edək ki, Ağayev üçüncü mövsümdür kapitanı olduğu Tver təmsilçisinin şərəfini qoruyur.

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0