Qomeşə 45 günlük cəza
07.04.2010 - 23:03
Portuqaliya yığmasının keçmiş yarımmüdafiəçisi, hazırda “Benfika”nın idman direktoru vəzifəsində çalışan Rui Koşta diskvafikasiya olunub. Apasport.az saytının xəbərinə görə, ölkə çempionatının 24-cü turu çərçivəsində martın 27-də baş tutan “Benfika” - “Braqa” görüşündən sonra rəqib komandanın baş direktoru Joao Qomeşlə mübahisə edən 38 yaşlı mütəxəssisi Portuqaliya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi (NİK) 40 gün cəzalandırıb. Bundan başqa, Rui Koşta 1750 avro məbləğində də cərimə ödəyəcək. Qomeş də cəzasız qalmayıb. NİK ona 45 günlük cəza və 1500 avro cərimə verib.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0