Fatih Terim “Sevilya”nın hədəfində
09.04.2010 - 11:26
Türkiyə milli komandasının sabiq baş məşqçisi Fatih Terim karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, “Sevilya” klubu 57 yaşlı mütəxəssisin xidmətində maraqlıdır.
Belə ki, yayda yeni baş məşqçi gətirmək istəyən “Sevilya” rəhbərliyi namizədlərin siyahısını tərtib edib. Yeni mövsümdən Andaluziya təmsilçinə rəhbərlik etməyə ümumilikdə 3 məşqçi namizəddir. Terimlə yanaşı, fransalı Loran Blan və braziliyalı Dunqa da bu kiçik siyahıya düşüb.
Qeyd edək ki, cari mövsüm uğursuz çıxış edən “Sevilya” rəhbərliyi Manolo Ximenesi istefaya göndərdikdən sonra komandanı çempionatın sonunadək Antonio Alvaresə tapşırıb.

- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0