10 şüşə şampan, 3 şüşə viski və 25 min “şot”
09.04.2010 - 12:40
Mövsümün sonunda “Qalatasaray”dan qovulacağı xəbərini eşidən Jo peşəkar futbolçuya yaraşmayan hərəkətlər edib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 23 yaşlı braziliyalı gecə klubunda diqqət mərkəzinə düşüb.
Gecə əyləncələri ilə gündəmdən düşməyən Jo sərxoşluq etdiyi məkana toplaşanları çaşdırıb. Belə ki, komandadan uzaqlaşdırılacağından təəssüflənən legioner “dərdini unutmaq” üçün 10 şüşə şampan, 3 şüşə viski sifariş edib. Bu azmış kimi, Jo şampanı dostlarının başına töküb. Xidmətçilər futbolçunun bu qədər içkinin qarşılığında 25 min türk lirəsi (təxminən 13 min manat) hesab ödədiyini bildirirlər. Barın sahibi isə “Jo, 10 şüşə şampan içdi və 10 min türk lirəsi ödədi” - deyib.
Jonun buna qədər evində verdiyi ziyafətlərdə də çıxan səs-küy qonşuların şikayətinə səbəb olmuşdu. Nəticədə həmin evdən çıxarılan braziliyalı “Qalatasaray”ın prezidenti Adnan Polatın sahibi olduğu otelə yerləşdirilib.

- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0