Quzanlıdan Quzanlıya
12.04.2010 - 15:13
Azərbaycan milli komandasının sabiq futbolçusu Zaur Tağızadə yaşıl meydana qayıdıb. Apasport.az saytının məlumatına görə, uzun fasilədən sonra yenidən “Neftçi”nin formasını geyinən 31 yaşlı yarımmüdafiəçinin qayıdışı Unibank Premyer Liqasının XXVII turuna təsadüf etdi.
“Neftçi”nin kapitanı “Qarabağ”la Quzanlıdakı oyunun 67-ci dəqiqəsində meydana daxil olub. Bununla da təxminən yarım illik fasilədən sonra heyətə qayıdıb. Tağızadə sonuncu dəfə cari mövsümün VII turunda iş başında olmuşdu. Maraqlıdır ki, Zaurun qayıdışı kimi, son matçı da bu rəqiblə, elə eyni stadiondakı görüş olmuşdu. Kapitan oktyabrın 18-də baş tutan qarşılaşmadan 174 gün sonra yenidən ağdamlılara qarşı oynadı.

- Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
- Haaland üçün xüsusi plan yoxdur - Seneqal Norveçi gözləyir
- Arnolddan Mbappe zarafatı - “Üç qapıçı ilə oynaya bilərikmi?”
- Konseysaodan Ronaldoya tərif - “Onun kimisi olmayıb”
- "Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi
0
0