“Neftçi” baş məşqçi problemini həll etdi
11.05.2010 - 17:38
Növbəti mövsümdə Bakının “Neftçi” klubunu çalışdıracaq baş məşqçi müəyyənləşib. Bu haqda apasport.az saytına komandanın prezidenti Sadıq Sadıqov məlumat verib. Onun sözlərinə görə, baş məşqçi vəzifəsinə hansısa mütəxəssisin gəlişi gözlənilmir və hazırkı çalışdırıcı Arif Əsədov gələn mövsümdə də postunda qalacaq.
“Əsədova arxayınam, ona güvənirəm. İnanıram ki, gələcək komandamız onun rəhbərliyi altında böyük uğurlar qazanacaq. O, azərbaycanlı mütəxəssisdir, özümüzünküdür. Biz gənc məşqçilərə dayaq olmalıyıq. Arif müəllimə mən tərəfdən nə dəstək lazımdırsa, onu da edəcəyəm. Bu gün Azərbaycan futbolunu, klublarını hərəsini bir əcnəbi məşqçiyə tapşıraq, sabah vəziyyətimiz nə olacaq?” – deyə Sadıqov bildirib.
Qeyd edək ki, Arif Əsədovun “Neftçi” ilə müqaviləsi mayın sonunda başa çatacaq.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0