Paulius Qribauskas: “Neftçi” rəhbərliyi yanılmayıb
12.05.2010 - 13:48
"Təəssüf ki, bu mövsüm bizim üçün uğursuz oldu. Mükafatçılar sırasından kənar qalmaqla yanaşı, avrokuboklara yollanmaq şansımızı da itirdik. Açığı, uğursuzluğun səbəbini bilmirəm. "Neftçi" çox böyük klubdur, amma nədənsə bu mövsüm bizdə alınmadı". Apasport.az saytının xəbərinə görə, bu sözləri “Neftçi” klubunun qapıçısı Paulius Qribauskas deyib.
Dünən komanda rəhbərliyi 9 legioneri heyətdən kənarlaşdırıb. Bununla bağlı klubun saytına açıqlama verən litvalı futbolçu bildirib ki, bu qərardan sonra məsuliyyəti artıb: “İndi məsuliyyətim artıb, üzərimə bir qədər də çox yük düşür. Çünki rəhbərlik mövsümün sonunda mənə yenə etimad göstərdi. Qarşıdakı çempionatda bu etimadı doğrultmağa, rəhbərliyin və məşqçi korpusunun mənimlə bağlı qərar verərkən, yanılmadıqlarını göstərməyə çalışacağam”.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0