“Anji” Mahir Şükürovu yoxlayacaq
13.05.2010 - 10:45
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun vətənə qayıdışı bir qədər yubanacaq. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi Rusiyanın “Anji” klubunun Premyer Liqanın növbəti turunda “Zenit”lə səfər oyunu iyulun 4-ə təxirə salınsa və çempionatda DÇ-2010-la əlaqədar fasiləyə az qalsa da, bu, dərhal dönüşə imkan verməyib.
Belə ki, Mahaçqala təmsilçisi mayın 16-dək öz bazasında məşq etməklə yanaşı, tibbi müayinədən keçəcək. Yalnız bundan sonra məzuniyyətə buraxılacaq “Anji”nin futbolçuları bu ayın 29-da yenidən bir araya gəlməlidir. Ancaq Şükürov həmin vaxt komandanın sıralarında olmayacaq. Belə ki, mayın 24-də Bakıdan milli komandamızla birgə Avstriyaya təlim-məşq toplanışına yollanacaq Mahir “Anji”nin həmin ölkədə iyundakı təlim-məşq toplanışının ilk hissəsini buraxacaq.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0