“Xəzər-Lənkəran” – “Bakı” görüşü üçün 11500 bilet
13.05.2010 - 14:43
Unibank Premyer Liqasının son turunda çempionluğu müəyyənləşdirəcək “Xəzər-Lənkəran” – “Bakı” oyununun biletləri satışa çıxarılıb. Bu haqda apasport.az saytına görüşün keçiriləcəyi Lənkəran şəhər mərkəzi stadionunun direktoru Höccət Hacıyev məlumat verib. Onun sözlərinə görə, mayın 15-də saat 17:15-də başlayacaq matça 11500 bilet çıxarılıb: “Stadionumuz 15 min tutuma malik olsa da, 11 min 500-dən çox bilet satmayacağıq. Çünki arenada komandalarımızın üzvləri, qonaqlarımız da olacaq və bunları nəzərə almalıyıq. “Xəzər-Lənkəran” “Bakı” oyununa çox böyük maraq var. Bilet satışı mütəşəkkil həyata keçirilir. Biletləri almaq istəyənlər həddən artıq çoxdur. Sonuncu dəfə belə hal ötən ilin sentyabrında milli komandamızın Finlandiya yığması ilə Lənkərandakı rəsmi oyunu zamanı olmuşdu. Stadionumuzun kassalarında və şəhərin mərkəzində satılan biletlərin qiyməti 1-2 manat dəyərindədir. 9000 bilet 1, qalanları 2 manata satılır. Stadionda təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcək. Bu məqsədlə həm öz təhlükəsizlik xidmətimiz, həm də rayon polis şöbəsinə tapşırıqlar verilib”.
Qeyd edək ki, “Xəzər-Lənkəran” qələbə qazanacağı halda, tarixində 2-ci dəfə çempion olacaq.
Qeyd edək ki, “Xəzər-Lənkəran” qələbə qazanacağı halda, tarixində 2-ci dəfə çempion olacaq.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0