“Kimin çempion və ya ikinci pilləni tutması bizi maraqlandırmır”
13.05.2010 - 23:05
“İnter”lə görüşə 3 xal üçün çıxacağıq. Çünki son oyunların nəticəsindən asılı olaraq, bizim mövsümü beşinci pillədə başa vurmaq imkanımız var”. Bu sözləri apasport.az saytına “Qəbələ” klubunun kapitanı Kənan Kərimov deyib.
34 yaşlı hücumçu Unibank Premyer Liqasının XXXII turunun “İnter”lə oyununda qazanılan qələbə ilə klubun rekordunun müəyyənləşdirilməsini istəyir. Tarixi ərzində 6-cı pillədən yüksək yer tutmayan qəbələlilərin kapitanı “Neftçi”nin “Qarabağ”la matçda xal itirməsinə ümid edir. Kənan son turdakı rəqibin çempionatın mükafatlarına iddia etməsinə əhəmiyyət vermir: “Kimin çempion və ya ikinci pilləni tutması bizi maraqlandırmır. Ortada “Qəbələ”nin nüfuzu var”.
Futbolçu klubun ictimaiyyətə təqdim olunan yeni baş məşqçisi Toni Adamsın təyinatına da münasibət bildirib: “Adams hələ komandaya təqdim olunmayıb. Ona “Qəbələ”dəki fəaliyyətində uğurlar arzulayıram”.
Mövsümün bitməsinə bir tur qalsa da, Kərimov bu oyundan sonra nə edəcəyini müəyyənləşdirməyib: “Mövsümün sonunda “Qəbələ” ilə müqaviləm başa çatır. Komandada qalıb-qalmayacağım bilinmir. Çünki bununla bağlı söhbət olmayıb. Ancaq futbol oynayacağım dəqiqdir. Ola bilsin, karyeramı “Qəbələ”də davam etdirim. Buna rəhbərlik qərar verəcək”.
Qeyd edək ki, Kənan Azərbaycan çempionatlarında 326 oyuna 102 qol vurub.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0