Vaqif Sadıqov oynamaq istəmədi
13.05.2010 - 20:42
“Neftçi”nin sabiq baş məşqçisi Vaqif Sadıqov veteran futbolçu Ələkbər Məmmədovun 80 illik yubileyi münasibətilə təşkil olunacaq tədbirlərə qatılmayacaq. Bu haqda Lent.az-a 51 yaşlı mütəxəssisin özü məlumat verib.
Sadıqov “Neftçi” və keçmiş SSRİ yığmasının veteranları arasında mayın 14-də “Şəfa” stadionunda baş tutacaq qarşılaşmada yer almayacaq. O, çoxdandır məşq etməməsini səbəb göstərib: “Mənə veteranlardan ibarət komandada yer almağımı təklif etdilər. Lakin çoxdandır məşq etmədiyimi söyləyərək, bu oyunda çıxışımın mümkünsüzlüyünü bildirdim. Yoldaşlıq görüşünün olmasına baxmayaraq, SSRİ-nin bu cür tanınmış futbolçularına qarşı hazırlıqlı oyunçular çıxış etməlidirlər”.
“Neftçi”nin sabiq futbolçusu yubiley tədbirlərində yer almayacağını da bildirib: “Şəxsi işlərimlə əlaqədar sabah Bakıda olmayacağam. Buna görə də tədbirə qatıla bilməyəcəyəm”.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0