Futbolçularımız dayandı, rəqqasələr oynadı
14.05.2010 - 10:08
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının iştirak etdiyi “Alanya Cup 2010” turnirinin ilk turu şənliklə müşayiət olunub. Apasport.az saytının məlumatına görə, Rusiya, Ukrayna və Türkiyə yığmalarının da qatıldığı yarışı izləməyə gələn turistlər oyunlara bayram əhval-ruhiyyəsi qatıb.
Rusiya – Ukrayna (2:0) görüşündə tribunaları dolduran slavyan seyrçilərin bir qismi Türkiyə - Azərbaycan matçında (5:3) meydana da axışıb. Belə ki, komandamızın oyununun fasilələri zamanı Rusiyadan gələn rəqqasələr əsl çimərlik şousu göstərməklə azarkeşləri coşdurub. Bu görüşün videoyazısı məşhur Lig TV kanalı ilə də göstərilib.
Qeyd edək ki, millimiz bu gün Rusiya ilə qarşılaşacaq.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0