“Professor” rəyi
14.05.2010 - 22:01
“Qalib gəlməyimiz birinci növbədə özümüzə lazımdır. Bununla həm söz-söhbətlərə son qoyarıq, həm də medal qazanarıq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun futbolçusu Mahmud Qurbanov deyib.
Paytaxt təmsilçisi sabah Unibank Premyer Liqasının sonuncu turunda “Xəzər-Lənkəran”ın qonağı olacaq. Bu oyunla bağlı klubunun saytına açıqlama verən “Professor” ləqəbli futbolçu bildirib ki, Lənkəranda qələbə qazanmaq asan olmayacaq: “Düzdür, qələbə asan olmayacaq. Lənkəranlı azarkeşlər möhtəşəmdirlər. Eşitmişəm ki, artıq bütün biletlər satılıb. Onların dəstəyi sayəsində qalib gəlməyimiz daha gözəl alınar. Yəqin lənkəranlı azarkeşlər arasında məni unutmayanlar hələ də var”.
Qeyd edək ki, “Xəzər-Lənkəran” – “Bakı” oyunu saat 17:15-də başlayacaq.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0