Cavadovu Hollandiyaya aparan məşqçi mükafata layiq görüldü
15.05.2010 - 09:51
Hollandiyanın ən yaxşı məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, artıq “Tvente”dən ayrılan Stiv Maklaren əfsanəvi Rinus Mihelsin adını daşıyan mükafata sahib olub. Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovu bəyənərək Enshed təmsilçisinə transferində rolu olan ingilis mütəxəssisin yetirmələri bu il tarixinin ilk çempionluğunu qazandı. “Tvente”nin ilk dəfə qızıl medalları qazanmasına biganə qalmayan Peşəkar Məşqçilər Assosiasiyası Maklareni mövsümün ən yaxşısı seçib. O, digər namizədlər Martin Yol (“Ayaks”), Mario Bin (“Feyenoord”) və Gertyan Verbeki (“Herakles”) qabaqlayıb.
Qeyd edək ki, Maklaren artıq iki il çalışdığı “Tvente”ni tərk edərək Almaniyanın “Volfsburq” klubu ilə anlaşıb.
Qeyd edək ki, Maklaren artıq iki il çalışdığı “Tvente”ni tərk edərək Almaniyanın “Volfsburq” klubu ilə anlaşıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0