Azərbaycan milli komandası Hollandiya ilə qarşılaşacaq
15.05.2010 - 11:23
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının rəqibləri məlum olub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında çıxış edəcək Emil Cabbarovun yetirmələri bu il B divizionunda mübarizə aparacaq. Yığmamız iyulun 2-dən 4-dək İtaliyada keçiriləcək seçmə mərhələdə çıxış edəcək. Bu qrupun qarşılaşmaları İtaliyanın Linyani Sabbiadoro şəhərciyində baş tutacaq. Futbolçularımız Hollandiya və Çexiya ilə mübarizə aparacaq.
Avropa Çimərlik Futbolu Liqasının superfinal mərhələsi isə avqustun 26-29-da keçiriləcək. Portuqaliyada baş tutacaq həlledici oyunlarda çıxış etmək üçün komandamız III mərhələnin qalibi olmalıdır. Çünki B divizionunun superfinal turnirinə qrup qalibləri və ən yaxşı nəticəyə malik ikinci yerin sahibi yüksələcək.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0