“Çempionlar Liqasında oynayacağıq ki, bu da bizə qürur verir”
16.05.2010 - 11:30
“Sevincimin həddi-hüdudu yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun futbolçusu Georgi Novalovski deyib.
“Qəbələ” üzərində qazanılan 4:1 hesablı qələbədən sonra “İnter” Azərbaycan çempionu adına sahib çıxdı. Bu uğurla bağlı fikirlərini açıqlayan gürcüstanlı futbolçu bildirib ki, komandasının azarkeşlərini təbrik edib: “Ötən mövsüm “Anji” klubunun heyətində çempionluq sevinci yaşamışam. Ancaq həmin vaxt Rusiya çempionatının I divizionunun qalibi olmuşduq. Bu dəfə isə güclülər dəstəsini hamıdan zirvədə tamamladıq. İndi Çempionlar Liqasında oynayacağıq ki, bu da bizə qürur verir. Klub rəhbərliyini və bizi daim dəstəkləyən azarkeşlərə təşəkkür edirəm”.
Qeyd edək ki, Novalovski “İnter”ə qışda Mahaçqalanın “Anji” klubundan keçib.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0