Əvvəlcədən açıqladığımız kimi, yalnız “Bakı” və ya “Qarabağ” çempion olacağı halda güclülər sırasında yer alacaqdı. Reytinqi o qədər də yüksək olmayan “İnter” isə çempion olmaqla, ikincilər arasına düşüb. Bu isə o deməkdir ki, Kaxaber Sxadadzenin yetirmələri ikinci təsnifat mərhələsində güclü rəqiblərdən biri ilə qarşılaşacaq.
Macarıstan çempionu hələ müəyyənləşmədiyindən, ilk “17-lik”dən yalnız 16-sı məlumdur. Yəni, çempionumuzun 16 potensial rəqibi var. 17-ci isə Finlandiya və Macarıstan çempionlarından biri, daha yüksək reytinqə malik olanıdır. Bu rəqiblər arasında “Sparta”, “Hapoel”, “Austriya”, əvvəllər qarşılaşdığımız “Rusenborq”, “Lex”, Zaqreb “Dinamo”su, “Partizan” kimi klublar var.
Qeyd edək ki, Çempionlar Liqasının ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 21-də baş tutacaq. “İnter” öz oyunlarını iyulun 13/14 və 20/21-də keçirəcək.
Klub | Ölkə | Reytinq |
Hapoel (Təl-Əviv) | İsrail | 27,775 |
Sparta | Çexiya | 27,395 |
Rusenborq | Norveç | 23,980 |
Austriya (Zalsburq) | Avstriya | 19,915 |
Liteks | Bolqarıstan | 15,900 |
Dinamo (Zaqreb) | Xorvatiya | 14,466 |
Partizan | Serbiya | 13,800 |
BATE | Belarus | 13,308 |
Lex | Polşa | 11,008 |
Jilina | Slovakiya | 10,666 |
Şerif | Moldova | 5,458 |
Omoniya | Kipr | 4,599 |
AİK | İsveç | 3,838 |
Bohemians | İrlandiya | 2,908 |
Ekranas | Litva | 2,683 |
Aktobe | Qazaxıstan | 2,399 |
* |
|
|
* - Finlandiyanın HİK klubu (2,399) və ya Macarıstan çempionundan biri.
Klub | Ölkə | Reytinq |
* |
|
|
Levadiya | Estoniya | 2,374 |
Metallurq (Liepaya) | Latviya | 2,149 |
Hafnarfyordur | İslandiya | 2,083 |
** |
|
|
Olimpi | Gürcüstan | 1,649 |
Pünik | Ermənistan | 1,599 |
Koper | Sloveniya | 1,391 |
İNTER | AZƏRBAYCAN | 1,349 |
Renova | Makedoniya | 1,316 |
Dinamo (Tirana) | Albaniya | 1,049 |
Torshavn | Farer adalrı | 0,866 |
TNS | Uels | 0,766 |
Linfild | Şimali İrlandiya | 0,574 |
*** |
|
|
**** |
|
|
**** |
|
|
** - Bosniya və Herseqovina çempionu.
*** - Lüksemburq çempionu.
**** - I mərhələnin qalibləri.
Vüqar XEYRULLAYEV
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı