“FİFA dünya çempionatının Azərbaycanda keçirilməsini istəyirdi”
17.05.2010 - 12:41
“FİFA 17 yaşadək qızlardan ibarət milli komandaların dünya çempionatının Azərbaycanda keçirilməsini çox istəyirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri FİFA-nın Qadın Futbolu Komitəsinin üzvü Mişel Koks deyib.
Azərbaycanda səfərdə olan qurum rəsmisi AFFA-nın rəsmi internet saytına açıqlamasında ölkəmizə gəlməyinin səbəbini açıqlayıb: “Azərbaycana gəlməkdə əsas məqsədim dünya çempionatına hazırlıqla bağlı buradakı vəziyyətlə tanış olmaqdır. Azərbaycanda çoxlu dostlarım var və buna görə qürur duyuram”.
Koks mundialın ölkəmizə verilməsinin əsas səbəbini də izah edib: “Çünki FİFA futbolun inkişafı üçün Azərbaycanda görülən işlərdən çox razıdır”.
Qeyd edək ki, 17 yaşadək qızlardan ibarət milli komandaların dünya çempionatının 2012-ci ildə final mərhələsi ölkəmizə keçiriləcək.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0