Messi “Qızıl buts” mükafatına sahib çıxdı
18.05.2010 - 10:28
Ötən il dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilən Lionel Messi növbəti mükafatını alıb. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Barselona” klubunun heyətində ardıcıl ikinci dəfə ölkə çempionu olan 23 yaşlı hücumçuya “Qızıl buts” verilib.
Bu mükafat ötən mövsüm Avropa çempionatlarında ən çox qol vuran futbolçuya təqdim olunur. İspaniya Primerosunda 34 qol vuran futbolçu reytinqdə 68 xal toplamaqla hamını qabaqlayıb. Belə ki, Messinin ən yaxın izləyiciləri olan Didye Droqba (“Çelsi”) və Antonio Di Natale (“Napoli”) müvafiq olaraq, İngiltərə və İtaliya çempionatında hərəyə 29 qol vurub. “Barselona”nın baş məşqçisi Xosep Qvardiola onları 10 xal qabaqlayan Messini ən yaxşı sayır: “Şübhəsiz ki, Messi gördüyüm futbolçular arasında ən yaxşısıdır. Anadangəlmə qalib olan Lionelin böyük iddiaları var”.
Qeyd edək ki, Messi “Barselona”nın heyətində iki dəfə Çempionlar Liqasının qalibi olmaqla yanaşı, UEFA Superkuboku, Qitələrarası kubokunu qazanıb.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0