Aysel Teymurzadə AFFA-nın təklifinə “hə” dedi
18.05.2010 - 10:40
“Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil etmiş Aysel Teymurzadə AFFA-dan dəvət alıb. Apasport.az saytının məlumatına görə, gənc müğənni assosiasiyanın Sumqayıtda təşkil edəcəyi “Top Festivalı”nda ifa edəcəyi mahnılarla iştirakçıların və tamaşaçıların zövqünü oxşayacaq.
Sabah Üzeyir Hacıbəyov adına “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında keçiriləcək festival iştirakçılar və qonaqlar üçün əyləncəli məqamlarla da yadda qalacaq.
Qeyd edək ki, Aysel ötən il Rusiyanın paytaxtı Moskvada keçirilən mahnı müsabiqəsində Araşla birgə ifa etdiyi mahnı ilə 3-cü yeri tutub.
Mənbə: affa.az

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0