“İnter” “Qalatasaray”ın məşqçisinə göz dikib
18.05.2010 - 11:00
İtaliyanın “İnter” klubu yeni baş məşqçi axtarışına çıxıb. Apasport.az saytının məlumatına görə, artıq Joze Maurinyonun Madridin “Real” klubuna keçidi ilə barışan “neradzurra” diqqətlərini Türkiyəyə yönəldib.
“İnter”in prezidenti Massimo Moratti hansı mütəxəssislə danışıqlar aparacağını da dəqiqləşdirib. İtaliyalılar Türkiyənin “Qalatasaray” klubunu çalışdıran Frank Raykaardla danışıqlara başlamağa hazırlaşır. Holland futbolunun əfsanələrindən olan mütəxəssis uzun illər oynadığı Milan şəhərinə eyniadlı komandasının rəqibi qismində dönə bilər. “Milan”da böyük uğurlara imza atan və holland “üçlüy”ünü təşkil edən sabiq müdafiəçinin “İnter” qarşısında qoyacağı ilk şərt də məlumdur. O, İstanbulda olduğu kimi, İtaliyada da Qutinin transferini istəyəcək.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0