Toni Adams 2 futbolçu və 3 məşqçidən imtina etdi
18.05.2010 - 11:44
“Qəbələ” klubundan gedəcək futbolçulardan ikisi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, əcnəbi hücumçular – ukraynalı İqor Melniklə polşalı Tomaş Stolpa komandanın yeni baş məşqçisi Toni Adamsa lazım olmayıb. İngilis çalışdırıcının başqa futbolçularla da vidalaşacağı gözlənilir.
Melniklə Stolpa ötən il transfer olunmuşdu. Fərq ondadır ki, Tomaş qışda, İqor isə yayda komandaya gəlib. Onlar qəbələlilərin cari mövsümdə bombardiləri idi. Hamıdan çox qol vuran Stolpa rəqib qapısına 7 dəfə yol tapıb. Onun ən yaxın izləyicisi olan Melnikin hesabında 6 qol var.
Qeyd edək ki, baş məşqçi Ramiz Məmmədovun “Qəbələ”dəki köməkçilərinin çoxu da postunu itirib. Bunlar Cavanşir Novruzov, Mehman Baxışov və seleksiyaçı məşqçi Vidadi Rzayevdir. Yalnız qapıçılarla işləyən məşqçi Vüqar Məmmədov vəzifəsində qalıb.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0