Yığmamızın sabiq futbolçusu İcraiyyə Komitəsinin iclasını gözləyir
18.05.2010 - 23:08
“Komanda ilə müqaviləmin müddəti başa çatıb. Hələlik karyeramı hansı klubda davam etdirəcəyim məlum deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında cari mövsümü Sumqayıtın “Standard” klubunda keçirən Murad Ağakişiyev deyib.
Vaxtilə Azərbaycan yığmasının da şərəfini qorumuş 25 yaşlı futbolçu I diviziona yuvarlanan komandasının heyətində oynamaq istəmədiyini bildirib: “Hər şey AFFA-nın İcraiyyə Komitəsinin keçirəcəyi iclasdan asılıdır. Belə ki, həmin toplantıda formatla bağlı qərar qəbul ediləcək. Ola bilsin, “Standard” çıxışını Premyer Liqada davam etdirsin. Belə olan təqdirdə, komandada qalaram. I divizionda çıxış edəcəyi halda, “Standard”la vidalaşacağam”.
Ağakişiyev artıq bir neçə klubdan təklif aldığını da açıqlayıb: “Əslində, klub rəhbərliyi son iclasda yerli uşaqların hamısını komandada saxlamaq istədiyini bildirmişdi. Buna görə də gözləyirəm. Açığı təkliflər almışam. Aralarında həm birinci, həm də ikinci “altılıq”da mübarizə aparan klublar var. Ancaq qərar verməkdə tələsmirəm”.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0