Azərbaycan yığmasının məşqçisi heyətdən şikayətləndi
18.05.2010 - 18:17
Bu gün Daşkənddə Özbəkistanla keçirilən yoldaşlıq oyunundan sonra Azərbaycan futzal yığmasının məşqçisi İlqar Aslanov görüşlə bağlı fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, Aslanov yığmamızda ehtiyat qüvvənin az olmasından şikayətlənib: “Oyuna yaxşı başladıq. Lakin rəqib komanda meydandakı futzalçılarını tez-tez dəyişməklə bizi yormağa çalışdı. Heyətimizin o qədər də geniş olmaması Özbəkistan yığmasına müəyyən qədər üstünlük qazanmağa imkan yaradırdı. Bununla belə, futzalçılarımız özlərində güc tapıb yekun nəticədə heç-heçəyə nail oldular”.
Qeyd edək ki, bu görüşə yığmamız legionersiz çıxıb.
Mənbə: affa.az
Qeyd edək ki, bu görüşə yığmamız legionersiz çıxıb.
Mənbə: affa.az
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0